Azərbaycan Sığortaçılar Assosiasiyası Kənd təsərrüfatı sığortası haqqında qanun layihəsini müzakirə etdi

16:18 - 27.02.2018


27 fevral, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) “Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsi müzakirə edilib.

ASA-nın məlumatında deyilir ki, layihə qanunu, “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupu tərəfindən müzakirə olunub.

“İclas gedişatında  mübahisəli məsələlər müzakirə olundu və  qanun layihəsinə düzəlişlər və əlavələr edilməsi ilə bağlı təkliflərin hazırlanması qərara alındı”, - məlumada deyilir.

 

 

Bütün xəbərlər