Ötən il 955 halda əmək qanunvericiliyi pozulub - Hesabat

11:19 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. 2020-ci ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 10 102 müraciət araşdırılaraq cavablandırılıb.

ABC.AZ xəbər verir ki, vətəndaşlar əsasən emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və s. sahələrdə əmək münasibətləri ilə bağlı müraciət ediblər.

Müraciətlərin araşdırılması zamanı 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib.

 

Bütün xəbərlər