Yapon nəhəngi ötən il ən çox avtomobil satan şirkət olub

11:29 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. Yaponiyanın avtomobil nəhəngi "Toyota" şirkəti ötən il dünyada ən çox  avtomobil satan marka olub.

ABC.AZ-ın məlumatına görə, 2020-ci ildə şirkət 9.53 milyon ədəd avtomobil satışı ilə dünyada ən çox satan marka olub.

Bununlq da "Toyota" daha əvvəl zirvədə olmuş "Volkswagen"i geridə qoyub.

Belə ki, "Volkswagen" bu dövrdə 9.31 milyon ədəd avtomobil satıb.

Müəllf: Elmir Murad

Bütün xəbərlər