AMB valyuta hərracında banklara $ 61,8 mln. satıb

12:42 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, 28 yanvar 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

“Hərracda tələb 61,8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - deyə məlumatda bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

Bütün xəbərlər