Bakı Slavyan Universitetində tələbələrin pulu mənimsənilib?

16:13 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsəyib.

Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

Hüquq-mühafizə orqanlarından fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır. BSU-dan isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

 

Bütün xəbərlər