Daha bir BOKT-da kadr dəyişikliyi – Yeni direktor gəldi

17:18 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. İDK MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Əliyar Əsgərov vəzifəsini tərk edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, BOKT-yə rəhbərlik Cavid Cəliliyə həvalə olunub.

Ə.Əsgərov həm də İDK-nın yeganə təsisçisidir.

Amma yeni direktor təyinatı onun BOKT-ni satması ilə əlaqədar deyil və təsisçi olaraq qalmaqdadır.

 

Bütün xəbərlər