Rabitəbank Qarabağ Dirçəliş Fonduna 100 000 AZN ianə köçürdü

17:20 - 28.01.2021


28 yanvar, Fineko/abc.az.  Vətən müharibəsinin ilk günlərindən hadisələri diqqət mərkəzində saxlayan Rabitəbank ön cəbhədə savaşan qəhrəmanlarımıza daim dəstək olmağa çalışıb. Bank bu dəfə işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 100 000 AZN dəyərində ianə köçürdü.

 

Qeyd edək ki, Rabitəbank bundan öncə müştərilərinin “YAŞAT” Fonduna məsafədən ianələrini asanlaşdırmaq məqsədilə öz mobil tətbiqi “Rabita Mobile”da onlayn dəstək funksiyasını aktivləşdirib. Bundan başqa ön cəbhədə vuruşan qəhrəmanlarımızın maddi-texniki təminatını yaxşılaşdırmaq məqsədilə “əsgər payı” qutuları hazırlayaraq hərbi sıralara göndərib, rəhbər heyəti də əməkdaşlarla birgə könüllü qanvermə aksiyasında iştirak edərək xalqımızın çətin günündə səfərbərlik nümayiş etdirib.

 

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bütün xəbərlər