Onlara verilən müavinətlər artırıldı – Baş nazir qərar verdi

14:22 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların dərs ləvazimatları, paltar və ayaqqabıları üçün ödəniləcək məbləğ artırılıb.

ABC.AZ-ın məlumatına görə,  bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin və ya AMEA-nın vəsaiti hesabına təmin edilir və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 50 manat (əvvəl 36 manat) müavinət verilir. Sözügedən uşaqlar dövlət, ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini və AMEA-nı bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin və ya AMEA-nın xərclər smetası hesabına 265 manat (əvvəl 27,5 manat) məbləğində mövsümü paltar və ayaqqabı, həmçinin birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

 

Bütün xəbərlər