Gürcüstanda koronavirusdan 21 nəfər öldü - Statistika

14:56 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. Gürcüstada son 24 saat ərzində 669 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 21 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3148 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 637 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 256.956 nəfərə çatıb.

Onlardan 247.096 nəfəri isə tam olaraq sağalıb.

Bütün xəbərlər