Qoruq və yasaqlıqların statusu dəyişəcək - Açıqlama

17:30 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. İşğaldan azad edilmiş ərazilərdəki bəzi qoruq və yasaqlıqların statusunun dəyişdirilməsi planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, hazırda qoruq və yasaqlıqların statusunun dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır:

“Bir neçə qoruq və yasaqlığın bazasında yeni milli parkların yaradılması ilə bağlı düşüncələr var. Beynəlxalq ekspertlərin də cəlb edilməsi ilə bu məsələ müzakirə ediləcək”.

 

Bütün xəbərlər