Azərbaycanda Britaniya ştamm qeydə alınmayıb - TƏBİB

10:08 - 1.02.2021


1 fevral, Fineko/abc.az. Azərbaycanda Britaniya ştammı hələ ki, qeydə alınmayıb.

ABC.AZ TƏBİB-ə istinadən xəbər verir ki, qurum hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesinin sabit şəkildə davam etdiyini açıqlayıb.

Qeyd edək ki, votsapda yayılan səs yazısında Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı iddia yer alıb.

 

Bütün xəbərlər