Hadrutda poçt filialı fəaliyyətə başladı

10:42 - 1.02.2021


1 fevral, Fineko/abc.az. Xocavənd rayonunun Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi fəaliyyətə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, minalardan təmizlənən ərazilərdə tələbata uyğun poçt xidmətləri qurulub.

Hazırda Füzuli və Cəbrayıl Poçt filialları tərəfindən işğaldan azad olunan həmin istiqamətlərdəki ərazilər üzrə hərbi hissələrə ünvanlanan poçt göndərişlərinin təyinat üzrə çatdırılması təmin edilir.

“Azərpoçt” MMC tərəfindən Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Hadrutda 5 ədəd modul tipli poçt şöbəsinin açılması üzrə işlər görülür.

 

Bütün xəbərlər