Gürcüstanda bir gündə 16 nəfər koronavirusdan öldü – Statistika

14:07 - 1.02.2021


1 fevral, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 240 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 16 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3 194 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 681 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 258 351 nəfərə çatıb.

Onlardan 249 709 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər