Maliyyə Nazirliyi dünən dövlət ortamüddətli istiqrazları yerləşdirdi

11:07 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Azərbaycanın Maliyyə Nazirliyi  dünən dövlət ortamüddətli istiqrazları (DOİ) reallaşdırdı.

“Bakı Fond Birjası” QSC xəbər verir ki, dünən  AZ0106003699 ISIN kodlu, nominal üzrə 15 milyon manat həcmində, tədavül müddəti 1092 gün və faiz dərəcəsi 12% təşkil edən DOİ  buraxılışı yerləşdirilmişdir.

10 investordan  53264,7 min manat məbləğində 18 sifariş daxil olmuşdur. Sifarişlər, bir istiqraza 86,616 AZN-dən (illik gəlirlilik: 17%) 110,7638 AZN-ə qədər (7,9%)  təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarı ilə, istiqrazların kəsmə qiyməti 105,6011 AZN (gəlirlilik 9,8%), orta ölçülmüş qiyməti isə 107,7699 AZN (8,9877%) səviyyəsində müəyyən edilmişdir.  Ortamüddətli istiqrazlar 15 milyon manat məbləğində yerləşdirilmişdir.

 

 

Bütün xəbərlər