Bakıda yoluxmanın ən çox olduğu rayonlar - Siyahı

11:54 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

ABC.AZ koronavirusinfo.az saytına istinadən xəbər verir ki, Bakının rayonları üzrə yenə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayonda yoluxma 15.1 faiz təşkil edir. Binəqədidən sonra ikinci ən çox yoluxma sayı Xətaidədir. Burada yoluxma faizi 13.1--dir. Yasamalda 12.2 faiz, Sabunçuda 10.8 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.3 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda isə yoluxma 0.5 faiz təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər