Quba rayonu ərazisində zəlzələ olub

11:08 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Azərbaycanın Quba rayonu ərazisində 4,2 maqnituda gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə əsasən, yeraltı təkanlar  yerli vaxtla saat 23:03-də Xınalıq kəndindən 17 km şimal-şərqdə Quba rayonu ərazisində qeydə alınıb.

Zəlzələnin ocağı yerin 42 km dərinliyində olub. Yeraltı təkanlar hiss olunmayıb.

 

 

Bütün xəbərlər