Onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər - Prezident

15:22 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdış prosesi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, Prezident ilk növbədə, yerli qurumların dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalı olduğunu bildirib:

"Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur”.

 

Bütün xəbərlər