1,65 milyon dollar həcmində SOCAR isiqrazları satılıb

11:38 - 28.02.2018


28 fevral, Fineko/abc.az. 19-23 fevral tarixlərində Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları üzrə 1,65 milyon dollar məbləğində əməliyyat aparılıb.

Marketmeyker “PSG Kapital” şirkətinin məlumatına görə, orta qiyməti 1005,5 dollar təşkil edən SOCAR istiqrazları  satılıb.

2018-ci ildə SOCAR İstiqrazları ilə 11,9 milyon dollarlıq əməliyyat aparılıb.

Dövriyyəyə buraxıldıqdan indiyədək SOCAR İstiqrazları ilə aparılan əməliyyatların həcmi 134,6 milyon dollar təşkil edir.

İstiqrazların nominal qiyməti 1000 dollar, illik gəlirliyi 5%-dir.  SOCAR-ın daxili valyuta  istiqrazları üzrə  marketmeykeri “PSG Kapital” şirkətidir.

SOCAR-ın geri alma zəmanəti ilə istiqazları istənilən vaxt əldə etmək və ya satıb nağd pula çevirmək mümkündür.

 

 

Bütün xəbərlər