Daha bir şirkət müflis oldu - Balıq məhsulları satırdı

16:48 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Azərbaycanda balıq məhsullarının və hazır yeməklərin istehsalı ilə məşğul olan "M.Ş." Məhdud Məsuliyyətli Cəmiyyət müflis elan edilib.

ABC.AZ xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov 10C ünvanda yerləşən “M.Ş.” məhdud məsuliyyətli cəmiyyətinin müflis elan olunması barədə cəmiyyətin təsisçisi Məlik Məmmədov tərəfindən qərar qəbul olunmuş, “cəmiyyətin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət olunub.

Qeyd edək ki, “M.Ş.” MMC məşhur "Dalğa","Balıqçı" və "Yelkən" balıq məhsulları brendlərinin sahibidir.

“M.Ş.” MMC şirkəti 2017-ci ildə satışa çıxarılıb.

 

Bütün xəbərlər