Nəhəng şirkətin satışları kəskin artıb - 125,6 milyard dollara çatıb

10:45 - 3.02.2021


3 fevral, Fineko/abc.az. Dünyanın ən nəhəng şirkətlərindən olan "Amazon"un rüblük gəliri ilk dəfə 100 milyard dolları aşıb.

ABC.AZ xəbər verir ki, "Amazon"un satışları 2020-ci ilin dördüncü rübündə 125,6 milyard dollara çatıb. Bu 2019-cu ilin ilin eyni rübü ilə müqayisədə 44% artım deməkdir.

"Amazon"un cəmi satışları  2020-ci ildə 38% artımla 386,1 milyard dollar təşkil edib. Bununla yanaşı şirkətin xalis mənfəəti ötən ildə 21,3 milyard dollar təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər