Son bir ayda Gürcüstanda ərzaq bahalaşıb

12:06 - 3.02.2021


3 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Gürcüstanda istehlak qiymətləri indeksi ötən ilin dekabr ayına nisbətən 1,1 % artıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Ötən ay ölkədə ərzaq və spirtsiz içkilər 2 %, tərəvəz 6,1 %, meyvə və üzüm 4,4 %, yağ 4,3 %, süd, pendir və yumurta 4 %, balıq 1,1 % bahalaşıb. İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və bu qrup daxilində yağlar 27,3 %, qəhvə, çay və kakao 12,6 %, balıq 10,4 %, süd, pendir və yumurta 9,1 %, şəkər, cem, bal, şokolad və qənnadı məmulatları 8,9 %, çörək 7,5 %, mineral sular, alkoqolsuz içkilər, meyvə və tərəvəz şirələri isə 5,6 % bahalaşıb. Sağlamlıq sahəsində xidmətlərin dəyərində 8,8 % artım qeydə alınıb.

 

Bütün xəbərlər