SOCAR İtaliya şirkəti ilə müqavilə imzaladı - Detallar

14:11 - 3.02.2021


3 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Maire Tecnimont Group” yeni nəsil emal qurğuları barədə sazişlər imzalayıblar.

SOCAR-dan ABC.AZ-a daxil olan məlumata görə, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu Modernizasiya və yenidənqurma layihəsi çərçivəsində “Maire Tecnimont S.p.A.” qrupunun törəmələri olan “Tecnimont S.p.A.” və “KT-Kinetics Technology S.p.A.” şirkətləri ilə iki Mühəndislik, Təchizat və Tikinti (EPC) sazişi imzalayıb.

İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari, “Maire Tecnimont” qrupunun idarə heyətinin sədri və əsas səhmdarı Fabrizio Di Amato, Maire Tecnimont qrupunun baş icraçı direktoru Pierroberto Folgiero və şirkətlərin digər rəhbər şəxsləri iştirak ediblər.

Sazişlər Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan benzinin keyfiyyətinin “Avro-5” standartına yüksəldilməsində həlledici əhəmiyyətə malik Katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi qurğusunun və LPG (Maye qaz) merkaptan oksidləşdirici qurğusunun, Aminlə təmizlənmə və LPG-nin ilkin emalı qurğularının quraşdırılmasını əhatə edir.

 

Bütün xəbərlər