Gürcüstanın ən varlı adamının bu qədər sərvəti var - Böyük məbləğ

14:48 - 3.02.2021


3 fevral, Fineko/abc.az. Hazırda Bidzina İvanişvilinin sərvəti 5,67 milyard ABŞ dolları təşkil edir.

ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin araşdırmasına əsasən, milyarderin sərvəti ötən il dəyişməsə də, yanvar ayında 25 milyon dollar azalıb. İş adamının vəsaitlərinin müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə yatırıldığı bildirilib.

Qeyd edək ki, B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub.

O, 2013-cü ildə siyasətdən gedib, lakin 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından bu ilin yanvarınadək hakim Gürcü Arzusu Partiyasına rəhbərlik edib.

 

Bütün xəbərlər