Bakının sənayesində özəl sektorun payı 78,7 faiz təşkil edib - Ötən il

16:21 - 3.02.2021


3 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı Şəhər Statistika İdarəsi ötən il paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,7 faiz olub.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında yanvarın 1-nə 343,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 91,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

 

Bütün xəbərlər