Azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün hər şey ediləcək – İlham Əliyev

16:29 - 3.02.2021


3 fevral, Fineko /abc.az. Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

ABC.AZ-ın məlumatına görə, qəbul zamanı dövlət başçısı bir sıra məsələlərə toxunub. Prezizdent qeyd edib ki, indi tariximizin yeni səhifəsidir.

"Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib" deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər