Əvvəlki illərdə biz çox işlər görməli idik ki, həyat tərzini yaxşılaşdıraq - İlham Əliyev

17:33 - 3.02.2021


3 fevral, Fineko/abc.az. Sizin gələcək tərəfdaşlığımızla bağlı ideya və fikirlərinizi tam dəstəkləyirəm. Əlbəttə, Turin Universitetinin ümumi işlərimizdə iştirakı çox alqışlanandı. Həmçinin siz “yaşıl kimya”nı qeyd etdiniz.

ABC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu, texnoloji inkişaf baxımından yenilikdir: “Bu, həmçinin bizim gündəliyimizə tam uyğundur, çünki əvvəlki illərdə biz çox işlər görməli idik ki, həyat tərzini yaxşılaşdıraq və xüsusən də bütün çirklənmiş sahələri təmizləyək. Xüsusən də burada, Bakıda və Abşeron yarımadasında. Həmin ərazilər yüz ildən artıqdır ki, çirkləndirilib. Biz böyük sərmayələr yatırdıq, torpaqlarda çoxlu rekultivasiya işləri apardıq. Ətraf mühitin qorunmasına aid bir çox məsələlərlə məşğul olduq. Bu, davam edəcək. Buna görə, “yaşıl enerji” konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur".

 

Bütün xəbərlər