Bakının turizm statistikasının hazırlaması başlanır

12:41 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Milli Turizm Təbliğat Bürosu, paytaxta gələn turistlərin statistikasının işlənilməsi prosesinə  başlayır.

Büronun rəhbəri Fuad Nağıyev bildirib ki,  Bakıya gələn turistlərin statistikasının işlənilməsinə, “Baku Card” şəhər kartlarının istifadəsi kömək edəcək.

“Kartlar təkcə gəlmə turistlərə deyil, həm də yerli vətəndaşlara şamil olunacaq ki, bu da onların, turizm məkanlarına və görməli yerlərə marağının təşviq edilməsinə imkan verəcək”, - F.Nağıyev belə deyib.

 

 

Bütün xəbərlər