Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq – Prezident

15:57 - 4.02.2021


4 fevral, Fineko/abc.az. Ərazilərin minalardan təmizlənməsi işinin həcmi kifayət qədər böyükdür.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ancaq Minatəmizləmə Agentliyinin elə imkanı olmalıdır ki, bu agentlik ümumi işimizə böyük töhfə versin.

"Çünki əvvəlki agentliyin texniki təchizatı çox aşağı səviyyədə idi, say tərkibi aşağı səviyyədə idi. Əgər biz bu işi onların öhdəsinə buraxsaydıq, bilinmir neçə il lazım olacaqdı. Bizim vaxtımız yoxdur. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq. Ancaq hər kəs bilməlidir ki, birinci dərəcəli məsələ minalardan təmizləmədir” - deyə İ. Əliyev vurğulayıb.

 

Bütün xəbərlər