“PASHA Travel” “Baku Card” ilk şəhər turizm kartlarını maliyyələşdirəcək

12:52 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Azərbaycanda ilk dəfə olaraq “Baku Card” şəhər turizm  kartlarının istifadəsi  başlayır.

Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi (BNA) və  “PASHA Travel” turizm şirkəti  bu gün, “Baku Card” şəhər kartlarının tətbiqinin başlanması haqqında memorandum imzaladılar.

Memoranduma əsasən, 24 saatlıq kartların qiyməti  35 manat, 72 saatlıq – 60 manat, bir həftəlik kartların qiyməti  isə 90 manat təşkil edəcək.

Kartlar, BNA-in prosessinq mərkəzində hazırlanacaq, kartların hazırlanmasını isə “PASHA Travel” turizm şirkəti maliyyələşdirəcək.

 

 

Bütün xəbərlər