“Azərpoçt” MMC-də yeni təyinat - Quruma daha 2 direktor müavini gətirildi

10:48 - 5.02.2021


5 fevral, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də iki yeni direktor müavini təyin edilib.

ABC.AZ xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə Cəlilov Əfqan Süleyman oğlu və Süleymanov Nazim Süleyman oğlu qurumun direktor müavinləri təyin edilib.

Beləliklə müavinlərin sayı 5-ə çatdırılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər