Ford Motor Company şirkəti böyük zərər edib - Ötən il

11:02 - 5.02.2021


5 fevral, Fineko/abc.az. "Ford Motor Company" şirkəti 2020-ci ilin IV rübündə böyük zərərlə üzləşib.

ABC.AZ-ın məlumatına görə, şirkətin xalis zərəri 2,8 mlrd. ABŞ dolları təşkil edib.

Şirkətin satışlardan gəliri isə 36 mlrd. dollara bərabər olub. Şirkətin 2019-cu ilin analoji dövründə xalis zərəri 1,7 mlrd. dollara bərabər idi.

Avtomobil istehsalçısının 2020-ci il üçün xalis zərəri 1,3 mlrd. dollar, satışlardan gəliri isə 127,1 mlrd. dollar (18,6% azalma) təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər