AZPROMO məhsulların təslimatı üçün şirkət axtarır

11:46 - 5.02.2021


5 fevral, Fineko/abc.az. AZPROMO 21-25 fevralda BƏƏ-nin Dubay şəhərində keçiriləcək “GullFood 2021” sərgisində nümayiş olunacaq məhsulların təyinatı üzrə təslim edilməsinin Beynəlxalq Yük Daşınması xidməti üçün təkliflər sorğusu elan edib.

ABC.AZ xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 8-i, saat 18:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti, 32 ünvanına təqdim etməlidirlər.

Təkliflərə fevralın 9-u, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

 

Bütün xəbərlər