Bu qəzetin gəlirləri 500 milyon dolları keçib

12:33 - 5.02.2021


5 fevral, Fineko/abc.az. Nüfuzlu "New York Times"ın 2020-ci ilin 4-cü rübündə gəlirləri 509,4 milyon dollara çatıb.

ABC.AZ-ın məlumatına görə, media qurumunun abunəçilərinin sayı isə 7,5 milyonu keçib. Nəşr yalnız dördüncü rübdə 627 min yeni abunəçi qazanıb.

"New York Times"ın reklam gəlirləri illik müqayisədə 19% azalaraq 139,3 milyon dollara geriləyib, abunə gəlirləri 15% artaraq 315,8 milyon dollara çatıb.

Bütün xəbərlər