“Azərcell Telecom” 1,6 milyard manatlıq vergi ödəyib

13:11 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Azərbaycanın rabitə bazarının aparıcı mobil operatoru “Azərcell Telekom” MMC 2017-ci ilin yekunlarını açıqladı.

Şirkətin prezidenti Vahid Mürsəliyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, 2017-ci ildə şirkət dövlət büdcəsinə 179,7 milyon manat vergi ödəyib.

“Ümumilikdə fəaliyyət dövründə “Azərcell Telekom” 21 il ərzində 1 milyard 637,5 milyon manat vergi ödəyib", - V.Mürsəliyev belə deyib.

Onun sözlərinə görə, 2017-ci ildə şirkət, telekommunikasiya sektorunun inkişafında 24 milyon 610,152 dollar, 1996-2017-ci illərdə isə 467 milyon dollar investisiya yatırıb.

 

Bütün xəbərlər