2017-ci ildə “Azərcell Telekom”un mənfəəti 200 milyon manatdan çox olub

13:37 - 28.02.2018


28 fevral, Fineko/abc.az. “Azərcell Telekom”un bazardakı payı 48% təşkil edir.

Şirkətin prezidenti Vahid Mürsəliyev bildirib ki, şirkətin xidmətləri, ölkə ərazisinin 80%-ni (20% işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 99,8%-ni əhatə edir.

“Azərcell Telekom”un abunəçilərinin sayı 4,5 milyon nəfərdir”, - V.Mürsəliyev belə deyib.

Şirkətin maliyyə departamentinin rəhbəri Sərdar Yılmaz bildirib ki, “Azərcell Telekom” şirkəti, 2016-cı ildə 393 milyon manat qarşılığında, 2017-ci ildə  411 milyon manatlıq  satışlar həyata keçirib.

“2017-ci ilin yekunları üzrə şirkətin mənfəəti, satışların 50%-ni təşkil edib”, - deyə S.Yılmaz bildirib.

 

Bütün xəbərlər