Azərbaycanlıya dünyanın ən böyük şirkətində vəzifə verildi – Foto

16:21 - 5.02.2021


5 fevral, Fineko/abc.az. Dünya nəhəngi "Coca-Cola" şirkətində azərbaycanlı mütəxəssisə vəzifə verilib.

ABC.AZ-ın məlumatına görə, Elşad Fərzəliyev Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru təyin edilib.

Yeni vəzifədə Elşad Fərzəliyev Coca-Cola şirkətinin Azərbaycan, Qazaxstan və Özbəkistan da daxil olmaqla regionun 8 ölkəsində qlobal şirkətin və onun brendlərinin nüfuzunun qorunması, PR strategiyasının hazırlanması, dövlət qurumları və ictimaiyətlə əlaqələr, sosial məsuliyyət proqramlarının inkişafı kimi məsələlərə rəhbərlik edəcək.

 


Bütün xəbərlər