Gürcüstanda koronavirus 15 nəfərin həyatına son qoydu - Bir gündə

11:09 - 8.02.2021


8 fevral, Fineko/abc.az. Gürcüstanda son 24 saatda koronavirusa 204 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 15 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3298 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 736 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 262.228 nəfərə çatıb.

Onlardan 254.350 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər