Türkiyə Gürcüstan maliyyə yardımı ayırdı

15:56 - 8.02.2021


8 fevral, Fineko/abc.az. Türkiyənin 2020-ci ildə Gürcüstana ayırdığı hərbi yardım çərçivəsində Marneulinin hərbi hava limanı bərpa olunacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə 2020-ci ildə imzalanan "Gürcüstan Hökuməti ilə Türkiyə Cümhuriyyəti Hökuməti arasında Hərbi Maliyyə Əməkdaşlıq Sazişi"ndə qeyd olunub.

Sözügedən sazişə əsasən, Türkiyə hökumətinin Gürcüstana ayırdığı hərbi yardımın dəyəri 100 milyon türk lirəsidir.

Sazişdə həmçinin qeyd olunub ki, həmin yardım 5 il ərzində istifadə olunmalıdır və yardım çərçivəsində Gürcüstanın Türkiyə istehsalı olan avadanlıqları əldə etməsi ilə yanaşı, həmçinin Marneuli Hava Limanı da modernləşdiriləcək.

 

Bütün xəbərlər