Azərbaycan Ermənistanı məhkəməyə verdi - Tələblər

17:07 - 8.02.2021


8 fevral, Fineko/abc.az. “Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycan hökuməti tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə təqdim edilib.

Ərizə Azərbaycan vətəndaşları yox, Azərbaycan Hökuməti tərəfindən təqdim edilib, dövlətlərarası ərizədir və Ermənistana qarşı ilk işdir”.

ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

K.Cəfərov hesab edir ki, burada əsas məqsəd Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin Ermənistan tərəfindən birbaşa pozuntusu sübut etməyə nail olmaqdır:

“Hesab edirəm ki, müəyyən çətinliklər olsa da, qarşıya qoyulmuş hədəfə çatacağıq. Birincisi, bu bizim haqq və beynəlxalq ədalət uğrunda mübarizəmizdir. İkincisi, AHİM təcrübəsində dövlətlərə qarşı bu cür iddialar qaldırılıb, bizim ərizəmizin də xeyrinə olan işlər var. Yekun olaraq, onu da qeyd etməliyəm ki, dövlətlərarası ərizənin hazırlanmasında Azərbaycan tərəfindən tanınmış və çox peşəkar hüquqşünaslar iştirak edib”.

 

Bütün xəbərlər