ABŞ ÜDM-nin artım tempi ilə bağlı proqnozu artırılıb

10:39 - 9.02.2021


9 fevral, Fineko/abc.az. ABŞ-ın investisiya bankı “Goldman Sachs” ölkənin ümumi daxili məhsulu (ÜDM) və koronavirus pandemiyası ilə bağlı təşviq paketinin həcmi ilə bağlı gözləntisini artırıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, “Goldman Sachs” iqtisadçıları bu ilin II rübü üçün ABŞ ÜDM-nin artım tempi ilə bağlı proqnozunu 1 % bəndi artıraraq 10 %-dən 11 %-ə yüksəldib.

Bundan başqa, investisiya bankı təşviq paketinin həcmi ilə bağlı gözləntisini isə əvvəlki 1,1 trilyon ABŞ dollardan 1,5 trilyon ABŞ dollara çatdırıb.

“Goldman Sachs” bu il və gələn il üçün ABŞ iqtisadiyyatının böyümə tempi ilə bağlı proqnozunu 0,2 % bəndi artıraraq müvafiq olaraq 6,8 % və 4,5 %-ə yüksəldib.

 

Bütün xəbərlər