Neftçalada bələdiyyə sədrinə cinayət işi açıldı

12:08 - 9.02.2021


9 fevral, Fineko/abc.az. Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.

Neftçala rayon prokurorluğundan ABC.AZ-a daxil olan məlumata görə, araşdırmalarla Qismət Qəfərov tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş bələdiyyə əmlakı olan 7 min 650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 maddəsi ilə cinayət işi başlanıb.

 

Bütün xəbərlər