Bu məhsulların qiyməti artıb – Siyahı

12:30 - 9.02.2021


9 fevral, Fineko/abc.az. İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,3 faiz artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz artıb.

2021-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 faiz artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər