Azərbaycanda həkimlərin peşə məsuliyyətinin sığortası təklif edildi

17:06 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə şurası, sığortanın perspektivli sahələrini müzakirə etdi.

ASA-nın məlumatında deyildiyi kimi, perspektivli sahələrdən biri kənd təsərrüfatı sığortası hesab edilir. “Assosiasiyasının (ASA) Müşahidə şurasının üzvləri, icbari əmlak sığortası, icbari avtomobil sığortası, həkimlərin peşə məsuliyyətinin sığortası kimi sahələri perspektivli hesab etdilər”, - məlumatda belə deyilir.

Həmçinin məlumatda deyilir ki,  sığortaçılar forumunun keçirilməsi məsələsi də müzakirə olunub.

 

 

Bütün xəbərlər