Azərbaycanda avtomobil şüşələri istehsal olunacaq - Yeni iş yerləri açılacaq

10:38 - 10.02.2021


10 fevral, Fineko/abc.az. “FACADE” MMC şirkəti ildə 31 min ədəd avtomobilin qabaq və yan şüşələri, 49 min kv.m. şüşə paketlər və güzgülər istehsalına başlayacaq.

ABC.AZ-ın məlumatına görə, ümumi dəyəri 2 milyon manat olan layihənin 0.9 milyon manatlıq hissəsi Sahibkarlğın İnkişafı Fonudunun güzəştli krediti hesabına maliyyələşdirilir. Layihə üzrə 23 iş yerinin açılması nəzərdə tutulur.

Qeyd edək ki, şirkət 11.08.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Çingiz Sadıqovdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər