Türkiyədə işsizlik azalıb - Detallar

12:08 - 10.02.2021


10 fevral, Fineko/abc.az. 2020-ci ilin noyabr ayının göstəricilərinə əsasən Türkiyədə yaşı 15 və daha yuxarı olan vətəndaşlar arasında işsizlərin sayı azalıb.

ABC.AZ-ın məlumatına görə, ötən il Türkiyədə işsizlərin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 303 min nəfər azalaraq 4 milyon 5 min nəfər təşkil edib.

Ötən il işsizlik nisbəti 0,4 bənd azalaraq 12,9% səviyyəsində reallaşıb. Kənd təsərrüfatı xaric işsizlik nisbəti 0,6 bənd azalaraq 14,8% olub. Məşğulluq nisbəti 42,9%-ə geriləyib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər