Qida Təhlükəsizliyi Təlim Mərkəzi fəaliyyətə başlayır

14:20 - 10.02.2021


10 fevral, Fineko/abc.az. Qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi, bu istiqamətdə mütəmadi qaydada təlimlərin təşkil edilməsi məqsədilə   Qida Təhlükəsizliyi Təlim Mərkəzi fəaliyyətə başlayır.

ABC.AZ-ın məlumatına görə, ilkin mərhələdə Təlim Mərkəzinin konsepsiyası və xüsusi tərtibatda kataloqu, eyni zamanda mərkəzin səmərəli fəaliyyəti ilə bağlı əsas təlim metodları və ilkin qeydiyyatı ilə bağlı xüsusi formalar hazırlanıb.

Bundan başqa, ali təhsil müəssisələri ilə müvafiq ixtisas sahələri üzrə birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.

 

Bütün xəbərlər