Ötən il 908 investisiya layihəsinə güzəştli kredit verilib

15:23 - 10.02.2021


10 fevral, Fineko/abc.az. Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126.9 milyon manat güzəştli kredit verilib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, verilmiş kreditlər hesabına 2725 yeni iş yerinin açılması imkanı yaranıb.

Həmin vəsaitlərin maliyyə mənbəyini Fond tərəfindən əvvəlki illərdə verilmiş güzəştli kreditlər üzrə daxilolmalar, o cümlədən kredit üzrə əsas borc məbləği, faiz və digər daxilolmalar təşkil edib.

 

Bütün xəbərlər