Agentlik Belarusdan gətirilən toyuq ətinin satışına qadağa qoydu

16:23 - 10.02.2021


10 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müfəttişləri tərəfindən "Caspian Catering Supply" MMC tərəfindən Belarusdan Azərbaycan idxal edilən 19.99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində 15.12.2020-ci il tarixində istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında (2.5 ton) salmonella aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

 

Bütün xəbərlər