BFB-nin nizamnamə kapitalı artdı - 5 milyon 40 min manat oldu

16:41 - 10.02.2021


10 fevral, Fineko/abc.az. “Bakı Fond Birjası” QSC-nin növbədənkənar Ümumi Yığıncağının qərarı əsasında BFB-nin səhmlərinin nominal dəyəri bölüşdürülməmiş mənfəət hesabına 200 manatdan 800 manata qaldırılıb.

BFB-dən ABC.AZ-a daxil olan məlumata görə, səhmlərin nominal dəyərinin artması nəticəsində, BFB-nin nizamnamə kapitalının dəyəri 1 milyon 260 min manatdan 5 milyon 40, min manata yüksəlib.

Qeyd edək ki, hazırda BFB-nin 20 səhmdarı mövcuddur.

 

Bütün xəbərlər