AQTA 40 müəssisədə nöqsan aşkarladı - 25200 manat cərimə

10:14 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, nəzarət tədbirləri çərçivəsində 9 fevral 2021-ci il tarixində ölkə üzrə 398 ictimai iaşə obyektində 621 monitorinq keçirilib.

Monitorinqlər zamanı 40 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ümumilikdə 25 200 manat məbləğində cərimə tətbiq olunub.

 

Bütün xəbərlər